Azərbaycanda işləyən neft-qaz şirkətləri ictimaiyyətə məcburi hesabat verəcəklər

Azərbaycanda işləyən neft-qaz şirkətləri ictimaiyyətə məcburi hesabat verəcəklər
# 26 sentyabr 2013 09:53 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, yeni standartlara uyğun olaraq indi MHŞT çərçivəsində mədən sənayesi çərçivəsində ümumi əməliyyatların həcmi yox, təşəbbüsə üzv olan hər bir şirkətin məlumatları əks olunacaq: “Bundan sonra bütün şirkətlər fərdi qaydada öz hesabatlarını təqdim edəcək və bu, bütün MHŞT-yə üzv olan şirkətlərə aid olacaq”.

Ş.Mövsümov bildirib ki, Azərbaycanın hər bir vətəndaşı ölkəsinin əldə etdiyi gəlirlər barədə məlumat əldə etməyə layiqdir: “Bu yeni standart bütün MHŞT iştirakçı dövlətlər üçün növbəti bir mərhələdir. Əvvəllər beynəlxalq MHŞT üzrə qoyulmuş tələblərə görə, şirkətlər öz istəkləri ilə bu hesabatı təqdim edirdilər”.

Fond sədri bildirib ki, yeni qəbul olunmuş standarta görə, hər bir neft-qaz şirkəti məcburi şəkildə qazandığı gəlirlər barədə ictimaiyyətə ətraflı hesabat verəcək: “Bu, son illər ərzində əldə olunan olduqca böyük bir nailiyyətdir. MHŞT çərçivəsində hesabatın yeni detallı və ətraflı forması xüsusilə neft-qaz sektoru daxil olmaqla hasilat layihələri çərçivəsində əldə olunan gəlirlər barədə məlumatı daha əlçatan edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR