Dmitri Peskov: “İran və Rusiya prezidentləri sentyabrın 13-də görüşəcək”

Dmitri Peskov: “İran və Rusiya prezidentləri sentyabrın 13-də görüşəcək”
# 12 sentyabr 2013 11:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Rusiya prezidentləri arasında ikitərəfli görüş sentyabrın 13-də keçiriləcək. APA-nın “Fars” xəbər agentliyinə məlumatına görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində baş tutacaq. Görüşdə hərbi və texnoloji sahələrdə əməkdaşlıq müzakirə ediləcək.

Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzeti rəsmi mənbələrə istinadən rəsmi Moskvanın Tehrana 5 ədəd “Antey-2500 S-300 VM” zenit-raket kompleksi təhvil vermək və Buşəhr Atom-Elektrik Stansiyasında ikinci enerji blokunun inşasına hazır olduğunu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR