Suriya-Türkiyə sərhədində partlayış olub, 12 nəfər ölüb, 50 yaralanıb

Suriya-Türkiyə sərhədində partlayış olub, 12 nəfər ölüb, 50 yaralanıb
# 20 yanvar 2014 16:57 (UTC +04:00)

Bakı-APA. Bu gün Suriya-Türkiyə sərhədindəki Babel Hava sərhəd-keçid məntəqəsi yaxınlığında 5 dəqiqəlik fasilə ilə iki güclü partlayış törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, avtomobillərlə törədilən partlayış nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Yaralılar Türkiyəyə gətiriliblər.

Qeyd edək ki, Babel Hava sərhəd-keçid məntəqəsi Türkiyənin Cilvegözlü sərhəd-keçid məntəqəsinin qarşısında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR