Lixtenşteyn 20 ukraynalı yüksək rütbəli məmurun hesabını dondurub

Lixtenşteyn 20 ukraynalı yüksək rütbəli  məmurun hesabını dondurub
# 01 mart 2014 02:40 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Knyazlığın Maliyyə Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Telesklaf bəyan edib.

Onun sözlərinə görə, siyahı fevralın 28-də İsveçrə Federal məclisi (hökuməti) tərəfindən yayılan siyahı ilə eynidir.

Xatırladaq ki, ötən gün İsveçrə və Avstriyada hesabları dondurulacaq sabiq yüksək rütbəli Ukrayna məmurlarının adları açıqlanıb. Onların arasında Viktor və Aleksandr Yanukoviçlərin də adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR