Xamneyi Xatəminin kadrını İran Ali Milli Təhlükəsizlik Şurasında öz nümayəndəsi təyin edib

Xamneyi Xatəminin kadrını İran Ali Milli Təhlükəsizlik Şurasında öz nümayəndəsi təyin edib
# 12 sentyabr 2013 12:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi admiral Əli Şəmxanini İran Ali Milli Təhlükəsizlik Şurasında öz nümayəndəsi təyin edib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, ali dini liderin sərəncamı ilə Ə.Şəmxani üç il müddətində bu vəzifədə işləyəcək.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin sentyabrın 10-da imzaladığı sərəncamla Ə.Şəmxani İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katib təyin edilib. O, bundan əvvəl İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və Hərbi Dəniz Qüvvələrinin baş komandanı, Məhəmməd Xatəminin 8 illik prezidentliyi dövründə müdafiə və sülahlı qüvvələrə dəstək naziri və Xarici Əlaqələr Strategiyası Şurasının üzvü və İran Silahlı Qüvvələri Müdafiə Strategiyası Mərkəzinin rəhbəri vəzifəsini icra edib. Ə.Şəmxani bu vəzifədə Səid Cəlilini əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR