Möhsün Pak Ayin: “Səfirlik Həsən Fərəcinin həbsdən azad edilməsi üçün səylərini davam etdirəcək”

Möhsün Pak Ayin: “Səfirlik Həsən Fərəcinin həbsdən azad edilməsi üçün səylərini davam etdirəcək”
# 27 noyabr 2013 08:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, səfirlik ittihamın onun üzərindən götürülməsi üçün səyləri davam etdirilir: “Araşdırmalar göstərir ki, H. Fərəci Azərbaycanda ticarətlə məşğul olub. Onun həbs edilməsi anlaşılmazlıqdır. Səfirlik onun azad edilməsi üçün səylərini davam etdirəcək”.

Səfir xatırladıb ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla görüş keçirib, vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci saat 19:30 radələrində İzmir küçəsi, 1033-cü məhəllə ünvanında yerləşən İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Vüsal Ağamalı oğlu Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Hazırda H.Fərəcinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR