AŞPA Daimi Komitəsinin Azərbaycanda keçirilən iclası başa çatıb

AŞPA Daimi Komitəsinin Azərbaycanda keçirilən iclası başa çatıb
# 23 may 2014 10:51 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda AŞPA sədri Anna Brassör, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland, AŞ PA Nazirlər Komitəsinin sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edib.

İclasda miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları, Milli İnsan Hüquqları institutları ilə parlamentlər arasında bərabərlik və qeyri ayrı-seçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub. Ukraynada baş verənlər Anna Brassör tərəfindən qaldırılsa da, heç bir sənəd qəbul olunmayıb. Bundan başqa, iclasda Serbiyada keçirilən parlament seçkiləri, uşaq zorakılığı, HİV xəstəliyi ilə mübarizə və digər məsələlər bağlı bir sıra sənədlər qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR