APA-nın məlumatına görə, Atatürk Olimpiya stadionunda 50 minə yaxın azarkeşinin dəstəyi ilə meydana çıxan "Beşiktaş" qarşılaşmanın ilk saniyələrində hesabı aça bilərdi. Demba Banın zərbəsindən sonra "Arsenal"ın qapıçısı komandasını qoldan çətinliklə xilas edə bildi.
Bundan sonra da bir neçə qol şansı əldə edən İstanbul klubu onların heç birini dəyərləndirə bilmədi. "Arsenal"ın da qol vurmaq imkanı az olmadı. Statistikaya görə, "Beşiktaş"ın 25, "Arsenal"ın 15 təhlükəli hücumu olub.
İngiltərə komandası qarşılaşmanın son 10 dəqiqəsini azlıqda keçirməli oldu. 80-ci dəqiqədə Remsi qırmızı kartla meydandan qovuldu və cavab oyununu biraxmalı olacaq.
Meydandan qovulan təkcə Remsi olmadı. "Beşiktaş"ın xorvatiyalı baş məqşçisi Slaven Biliç bir neçə dəfə hakim Milorad Maziçə və dördüncü hakimə etiraz etdikdən sonra, hakim onu da meydandan çıxardı.
"Beşiktaş" "Arsenal"la cavab oyununu avqustun 27-də Londonda keçirəcək. İstanbul klubu qələbə və ya qollu heç-heçə ilə növbəti mərhələyə vəsiqə qazana bilər.
Oyundan sonra keçirilən mətbuat konfransında "Arsenal"ın baş məşqçisi Arsen Venger heç-heçənin bərabər şans olduğunu bildirib: "Beşiktaş yaxşı komandadır. Növbəti oyunu evdə oynayacağıq. Nə etməli olduğumuzu bilirik. Məsud Özil və digər oyunçular da gələcək. Komandaya uyğunlaşacaqlar. Bundan sonra daha yaxşı oynayacağıq".
Baş məşqçi Remsiyə göstərilən qırmızı karta görə hakimi tənqid edib. O, bildirib ki, ikinci hissədə hakim oyunu pis idarə edib.
"Beşiktaş" "Arsenal"a qalib gələ bilmədi - VİDEO
19 avqust 2014 23:57 (UTC +04:00)
Futbol
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
22:34
11 may 2024
Konfrans Liqasının final matçının stadionu dəyişdirilə bilər
16:29
11 may 2024
Kilian Mbappe "PSG"-dən gedəcəyini açıqlayıb - VİDEO
22:20
10 may 2024
“Borussiya” Çempionlar Liqasının finalında uduzsa, rəqibi “Real”dan daha çox pul qazanacaq
13:34
10 may 2024