«Bolkart» sahiblərinə parfümeriya mallarına yeni endirimlər təqdim olunur

«Bolkart» sahiblərinə parfümeriya mallarına yeni endirimlər təqdim olunur
# 01 mart 2013 11:23 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara yeni sürpriz hazırlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq «Bolkart» sahibləri tanınmış ətriyyat brendlərini «Sabina Parfümeriya və Kosmetika» mağazalar şəbəkəsindən əldə edə bilərlər.

«Bolkart»lılar eyni zamanda martın 1-10-da «Sabina Parfümeriya və Kosmetika» mağazalarında bütün mallara 35%-dək endirimdən də faydalana bilərlər.

Beləliklə, ölkənin parfümeriya sektorunun aparıcı şəbəkələrindən biri olan «Sabina» mağazalarında indi hər bir «Bolkart» sahibi alış-veriş edib, aldığı məhsulun dəyərini 3-6 aya hissə-hissə ödəyə bilər.

Xatırladaq ki, bu gün «Bolkart»dan artıq 65 mindən çox Azərbaycan vətəndaşı gündəlik istifadə edir. Bu kartla ölkənin 600-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq mümkündür.

«Bolkart»ın üstünlükləri ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkə səhifəsinə baş çəkmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR