Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 08 may 2015 06:47 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Azərbaycanın Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad-Astanlı şosesinin rayonun Fərzili kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonunun Cəngan kənd sakini Camal Əlibala oğlu Ağayevin idarə etdiyi "VAZ -21011" markalı minik avtomobili Cəlilabad istiqamətində hərəkət olarkən qarşı tərəfdən gələn, rayonun Fərzili kənd sakini Əli Rüstəm oğlu Feyziyevin idarə etdiyi eyni markalı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki minik vasitəsi yararsız vəziyyətə düşüb, avtomobillərin sürücüləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, sürücülərin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR