Ciddədə ABŞ konsulluğu qarşısında özünü partlatmaq istəyən kamikadze zərərsizləşdirilib

Ciddədə ABŞ konsulluğu qarşısında özünü partlatmaq istəyən kamikadze zərərsizləşdirilib
# 04 iyul 2016 04:24 (UTC +04:00)

Bakı-APA. Ciddə şəhərində ABŞ-ın Səudiyyə Ərəbistanındakı konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze zərərsizləşdirilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Terrorçu u məhv edilib.

İlkin məlumata əsasən, şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən şəxs Amerika konsulluğun yaxınlığında üzərindəki partladıcı maddəni işə salmağa cəhd edib.

Qeyd edək ki, 2004-cü ildə ABŞ-ın Ciddədəki konsulluğunun hücumü məruz qalması nəticəsində 9 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR