Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir

Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir
# 29 iyun 2016 11:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur. Hər kəs üçün bərabər şərait yaradılıb. Bu ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın xəstəyə qeydiyyata alınıb və onların hər birinə hemodializ müalicəsi edilib. Bu il dializə cəlb olunanlar arasında ağır vəziyyətdə olanlar olsa da, bu say azdır".

APA-nın xəbərinə görə, bunu M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Klinik Tibbi Mərkəzdə keçirilən dəyirmi masada bildirib.

Xəstəliyin hər bir yaş qrupunda qeydə alındığını deyən F.Babayev qeyd edib ki, Azərbaycanda bu xəstəliyə daha çox orta yaşlı insanlarda rast gəlinir. Onun sözlərinə görə, əhalinin daha çox 35-50 yaş arasında olanlarda xroniki böyrək çatışmazlığı xəstəliyi qeydə alınır: “Bu təəssüf doğuran hal olsa da, reallıqdır. Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır”.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir. O qeyd edib ki, hazırda ölkədə ancaq qohumlardan böyrək köçürülmələri həyata keçirilir. Xəstələrin daha çox canlı donor, qohumlarının, ailə üzvlərinin böyrəklərinin köçürülməsi üçün növbəyə dayandığını deyən F.Babayev əlavə edib ki, hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir.

Klinik Tibbi Mərkəzin hemodializ şöbəsinin müdiri Mirhəşim Cəlalov isə bildirib ki, hazırda xəstəxanada böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 443 xəstə dializ müalicəsi alır. Onun sözlərinə görə, Azərbaycanda 2003-cü ildə dializin tətbiq olunması zamanı ciddi problemlər olsa da, bu gün ölkədə Səhiyyə Nazirliyinin göstərişinə əsasən hemodializ xəstələri 70 adda dərmanla təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR