Gürcüstanın keçmiş müdafiə naziri barəsində beynəlxalq axtarış elan olunub

Gürcüstanın keçmiş müdafiə naziri barəsində beynəlxalq axtarış elan olunub
# 05 fevral 2013 21:22 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili barəsində beynəlxalq axtarış elan olunacaq. APA-nın “Qruziya-Onlayn”a istinadən verdiyi məlumata görə, bu barədə fevralın 5-də Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili bəyan edib.

“Kezeraşvili barəsində ittiham irəli sürülüb, ilkin qəti-imkan tədbiri seçilib və, əlbəttə ki, onun haqqında axtarış elan olunacaq”, deyə Kbilaşvili qeyd edib.

Gürcüstanın baş prokurorunun sözlərinə görə, onun hal-hazırda olduğu yer barədə müxtəlif məlumatlar var, lakin bu daxili işlər nazirliyinin səlahiyyətlərinə aid məsələdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR