Tovuzda qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

Tovuzda qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb
# 26 iyun 2016 21:39 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda qadın bıçaqlanıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1986-cı il təvəllüdlü Mətanət İbrahimova sağ bazunun və sol kürək nahiyəsinin bıçaq yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiirlib. Ona dərhal tibbi yarıdm göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.


Məlumata görə qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.


Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR