Bakı - APA. Ermənistan prezidenti Serj Sarqsyan Polşanın paytaxtı Varşavada fransalı həmkarı Fransua Ollandla görüşüb.
APA-nın Ermənistan prezidentinin saytına istinadən veridiy xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. S. Sarqsyan münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransaya təşəkkür edib.
Prezidentlər Vyana və Sankt-Peterburq görüşlərindən sonra qəbul olunan bəyanatlarda əksini tapmış müddəalara riayət olunmasının vacibliyini vurğulayıblar.