Ukraynada 3 ay əvvəl qaçırılmış azərbaycanlı iş adamı buraxılıb

Ukraynada 3 ay əvvəl qaçırılmış azərbaycanlı iş adamı buraxılıb
# 30 iyun 2016 14:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynada 3 aya yaxındır girov götürülmüş azərbaycanlı iş adamı azad olunub.

APA-nın əldə etdiyi məlumata görə, bu şəxs Gürcüstanda doğulmuş Sədiyar adlı Azərbaycan vətəndaşıdır.

Uzun müddətdir Ukraynada biznes fəaliyyəti ilə məşğul olan iş adamı Kiyevdə gündüz saatlarında ailəsi ilə restorana girərkən maskalı şəxslər tərəfindən qaçırılıb. Onun hansı yolla azad olunduğu təhlükəsizliyi baxımından açıqlanmır.

Azərbaycanın Ukraynadakı səfirliyindən isə istər bu hadisə, istərsə də son günlər bu ölkədə hücuma məruz qalan azərbaycanlı iş adamları ilə bağlı məlumat almaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR