Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, qəza nəticəsində 1964-cü il təvəllüdlü Fəxrəddin Adil oğlu Qurbanov həyatını itirib.
Hadisə zamanı Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Mahmudağa Hacıağa oğlu Əliyev, paytaxtın Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Nişanə Mübariz qızı Əmənova, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Rauf Volodiya oğlu Məmmədov və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Mübariz oğlu Əhədov xəsarət alıblar.
***
17:16
Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Bakı istiqamətində hərəkət edən “Niva” markalı avtomobil yol kənarında dayanmış “Mercedes” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən idarəetmədən çıxan avtomobillər daha iki nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sərnişini ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Niva” markalı avtomobilin sürücüsünün qəfil idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
***
16:25
Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.