Şevardnadzenin kadrları vəzifələrə qayıdır

Şevardnadzenin kadrları vəzifələrə qayıdır
# 31 yanvar 2013 14:08 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda keçmiş prezident Eduard Şevardnadzenin vaxtında işləyən kadrlar yenidən vəzifələrə qayıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, E. Şevardnadzenin ölkəyə rəhbərliyi zamanı Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri işləmiş Tedo Caparidze Gürcüstanın Böyük Britaniyada səfiri, Şeverdnadzenin mətbuat katibi və sonra Təhlükəsizlik Şurası katibinin müavini işləmiş Kaxa İmnadze BMT-də səfir, keçmiş ədliyyə naziri və prezidentin məsləhətçisi işləmiş Lado Çantiriya Almaniyada səfir vəzifəsinə təyin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR