Səməd Seyidov: “Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri arasında növbəti görüş apreldə keçiriləcək”

Səməd Seyidov: “Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri arasında növbəti görüş apreldə keçiriləcək”
# 11 fevral 2013 14:18 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, bu görüşlər Avropa Şurası prezidentinin birbaşa nəzarəti altında keçirilir: “Görüşdə hələlik fikir mübadiləsi aparılacaq. Hər bir halda biz bir heç bir imkandan və fürsətdən vaz keçmirik. Ona görə ki, Dağlıq Qarabağ məsələsi Avropa Şurasının həmişə gündəmində olacaq bir məsələdir. Dağlıq Qarabağ münaqişəsi bizim üçün həmişə prioritet olduğundan əlimizdən gələni edirik ki, erməni tərəfini də bu məsələyə yaxınlaşdıraq. Onlar bütün vasitələrlə belə müzakirələrdən qaçırlar. Amma nə qədər müzakirə etmək istəməsələr də, bu tipli görüşlərdə iştiraka məcburdurlar. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli onların da, bizim də sənədlərimizdə öhdəlik kimi qeyd olunub. Öhdəliyi isə kənara qoymaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR