Rumıniya paytaxtında baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb - FOTO - YENİLƏNİB - VİDEO

Rumıniya paytaxtında baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2015 01:40 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 25-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə zamanı Buxarestin “Colectivу” gecə klubunda 300-dən çox insan olub. Partlayışdan sonra klubda yanğın başlayıb.

İlkin versiyaya görə, insident pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində baş verib.

***

02:28

Bakı-APA. Rumıniyanın paytaxtı Buxarestdə baş verən partlayış nəticəsində 25 nəfər ölüb, 88 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə gecə klublarından birində qeydə alınıb.

Rumıniya daxili işlər nazirliyi faktı təsdiqləyib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR