ABŞ-ın "Time" jurnalı dünyanın ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb.
APA-nın xəbərinə görə, siyahıya 100 nəfərin adı daxil edilib. Siyahıya daxil edilən 100 nəfər "Novatorlar", "İncəsənət nümayəndələri", "Liderlər", "Kumirlər" və " Titanlar" kimi kateqoriyalar bölünüb.
Maraqlı məqam isə odur ki, siyahıda heç bir rusiyalının adı yoxdur.
Qeyd edək ki, bundan əvvəlki siyahılarda Rusiya dövlət başçısı Vladimir Putinin adı "Time" jurnalı tərəfindən ən nüfuzlu insanların siyahısına daxil edilsə də bu dəfə adı siyahıda yoxdur. "Time" jurnalının 2015-ci ildə açıqladığı siyahıda Putin birinci yerə layiq görülmüşdü.
Bu dəfə açıqlanan "Liderlər" katerqoriyasına ABŞ dövlət başçısı Donald Tramp, Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Markl, Fransa prezidenti Emmanuel Makron, Çin prezidenti Si Szinpin, Şimali Koreya ideri Kim Çen In, Yaponiyanın baş naziri Sindzo Abe, Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn, Səudiyyə Ərəbistanın vəliəhdi Məhhəməd ibn Salman, Kanadanın baş naziriCastin Trydo, Argentina prezidenti Maurusio Makri, İraq baş naziri Heydər əl Əbədi, Zimbabve prezidenti Emmerson Mnanqaqva, xüsusi prokuror Robert Müller, Mikrosoftun baş direktoru Satya Nadella, London meri Sadik xan və başqalarının adı daxil edilib.
"İncəsənət adamları" kateqoriyasına aktrisa Nikol Kidman, aktyor hyu Cekman və başqa şəxslərin adı daxil edilib. "Kumirlər" kateqoriyasında isə kanadalı Cennifer Lopez, Rihanna, sinqapurlu yazıçı Kevin Kvan, ifaçı Keşa və başqalarının adı var.
"Titanlar" kateqoriyasında ameriaklı apracı Opru Uinfri, "Amazon"-un rəhbəri milyarder Ceffa Bezosa və başqaları, "Novatorlar" kateqoriyasında isə amerikalı komediya aktrisası Tiffani Xadiş, NASA-nınq adın astronavtı Peqqi Uitson və digərlərinin adı var.