Komitə sədri: “Erkən nikah və təhsildən yayınma halları bizi ən çox narahat edən məsələdir”

Komitə sədri: “Erkən nikah və təhsildən yayınma halları bizi ən çox narahat edən məsələdir”
# 07 mart 2013 09:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, AQUPDK-nın sədri Hicran Hüseynova 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə çıxışında deyib ki, erkən nikah və təhsildən yayınma halları onları ən çox narahat edən məsələdir. Onun sözlərinə görə, bu gün ölkədə qadınları öz hüquqlarına öyrənmələri məqsədilə maarifləndirmə kampaniyası davam etdirilir. Komitə tərəfindən regionlarda qadınların və kişilərin bərabər hüquqları, qadınların qərar qəbuletmə və seçkilərdə iştirakı, həmçinin zorakılığa qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılır: “Biz bilirik ki, yerlərdə icra strukturları əksər hallarda problemli ailələrə dəstək olmağa çalışırlar. Lakin unutmaq lazım deyil ki, insanlar özləri də fəallıq göstərməlidirlər. Bəzən deyirlər ki, Azərbaycanda gender məsələsi bizim Avropaya inteqrasiyamızdan sonra başlayıb. Mən bu fikirlə razılaşa bilmirəm. Çünki Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə bu məsələyə xüsusi diqqət yetirirdi”.

H. Hüseynova çıxışında onu da deyib ki, Azərbaycan qadını müasir, dünyəvi, o cümlədən də ailə dəyərlərinə xüsusi qiymət verir: “Biz də çalışırıq ki, bütün xanımlarımız ictimaiyyətin bütün sahələrində fəaliyyət göstərsinlər. Hər bir Azərbaycan xanımı diqqətli olmalı, öz ailə dəyərlərini qoruyub saxlamalıdır. Azərbaycan ailəsi modelinin qorunub saxlanılması ən vacib məsələlərdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR