Aparılması və qaytarılması məcburi olan avtomobillərə dair tələbləri pozan əcnəbilər cəzalandırılacaq

Aparılması və qaytarılması məcburi olan avtomobillərə dair tələbləri pozan əcnəbilər cəzalandırılacaq
# 24 iyun 2016 10:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aparılması və ya qaytarılması məcburi olan, əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə cəzalandırılacaq.


APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin növbədənkənar xüsusi sessiyası çərçivəsində keçirilən plenar iclasda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.


Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin 70 faizindən 100 faizinədək məbləğdə cərimə ediləcək və ya da Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR