Elmar Məmmədyarovun İsrail və Fələstinə səfəri zamanı heç bir sənəd imzalanmayacaq

Elmar Məmmədyarovun İsrail və Fələstinə səfəri zamanı heç bir sənəd imzalanmayacaq
# 19 aprel 2013 11:11 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi Yaxın Şərqdə baş verən prosesləri yaxından izləyir və proseslərə laqeyd qala bilməz”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

O qeyd edib ki, Yaxın Şərq münaqişəsinin nizamlanması, regionda vəziyyət Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun nümayəndə heyətinin İsrail və Fələstinə səfəri zamanı müzakirə olunacaq: “Biz regionda gərginliyin azaldılmasında maraqlıyıq. Səfər zamanı İran məsələsinin müzakirə olunub-olunmayacağını söyləmək hələ tezdir. Azərbaycan Fələstin xalqını həmişə dəstəkləyib, onlara humanitar yardımlar göndərib. Biz Yaxın Şərq münaqişəsinin hər iki tərəfin maraqlarının nəzərə alınması ilə həllinə tərəfdarıq”.

Elman Abdullayev XİN başçısının Yaxın Şərqə səfəri zamanı hansısa sazişin imzalanmayacağını bildirib: “Bu ölkələrdə Azərbaycan səfirliyinin açılması barədə qərar yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR