Hacıqabulda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıqabul şəhəri ərazində qeydə alınıb.
İlkin məlumata görə, Hacıqabul rayon sakini 1987-ci il təvəllüdlü Asim İmanov qayınatası 1964-cü il təvəllüdlü Davud Abbasovu bıçaqlayaraq öldürüb.
Asim İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.