ATƏT seçkilərin müşahidə olunmasında əməkdaşlıq sazişini yenidən bərpa edib

ATƏT seçkilərin müşahidə olunmasında əməkdaşlıq sazişini yenidən bərpa edib
# 15 aprel 2013 13:09 (UTC +04:00)

APA-nın ATƏT PA-nın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu sazişin bərpa olunması ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyalarının müşahidəçilərinə seçkilərdən sonra birgə bəyanatla çıxış etmək və ATƏT-ə üzv 57 ölkədə seçkilərə vahid qiymət vermək imkanı yaradır.

Fransua-Ksavye de Donneanın rəhbərliyi ilə ATƏT-də islahatlar və şəffaflıq üzrə xüsusi komitə fevralda seçkilərin müşahidə olunmasında əməkdaşlıq işinin yüksəldilməsi məqsədilə iş aparıb. Assambleya komitənin bu istiqamətdə apardığı işi ATƏT PA-nın iyulda İstanbulda keçiriləcək illik sessiyasında müzakirə edəcək.

Xatırladaq ki, qeyd olunan saziş 1997-ci ildə qəbul olunub. Sazişin qüvvədə olmadığı son 4 ay ərzində ATƏT PA və ATƏT DTİHB seçki prosesinə ayrı-ayrılıqda qiymət verirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR