Azad Cavadov: «Azərbaycan qorunan bank əmanətlərinin limitini artıra bilər»

Azad Cavadov: «Azərbaycan qorunan bank əmanətlərinin limitini artıra bilər»
# 26 aprel 2013 12:14 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov bildirib: «Baxmayaraq ki, hazırda MDB və region ölkələri arasında bu, ən yüksək məbləğdir».

İcraçı direktorun sözlərinə görə, Azərbaycanda sığortalanan əmanətin məbləği təqribən 38 min dollar (30 min manat) olduğu halda, Qazaxıstanda bu məbləğ 32 min dollar, Rusiyada 22-23 min dollar, Türkiyədə 30 min dollar, Ukrayna və digər ölkələrdə isə daha aşağıdır. Ermənistanda isə sığortalanan əmanətlərin məbləği 5 min dollardır.

A.Cavadov qeyd edib ki, bu vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişafını nəzərə alaraq, qorunan bank əmanətlərinin limitinin artırılması məsələsi də gündəmə gələ bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR