BMT baş katibi İsrail təyyarələrinin Suriyaya aviazərbələri haqqında xəbərlərdən narahatdır

BMT baş katibi İsrail təyyarələrinin Suriyaya aviazərbələri haqqında xəbərlərdən narahatdır
# 01 fevral 2013 01:39 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun İsrail döyüş təyyarələrinin Suriya ərazisində avtomobil karvanına hücumu barədə yayılmış xəbərlərdən narahatdır.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, BMT mətbuat katibliyi qeyd edir ki, baş katib bu xəbərlərdən “böyük narahatlıq hissi keçirir” və bütün tərəfləri münaqişənin dərinləşməsinə yol verməməyə çağırıb.

Xatırladaq ki, yanvarın 31-də Suriya BMT-yə İsrail döyüş təyyarələrinin Dəməşqin şimal-qərbində yerləşən “Cəmrayə” hərbi-təhqiqat mərkəzinə ehtimal edilən hücumu ilə bağlı rəsmi şikayətlə müraciət edib

Suriya tərəfinin bəyanatında zərbələr nəticəsində guya Livana silah daşıyan yük maşınların sıradan çıxarılması barədə yayılmış məlumatlar təkzib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR