Azərbaycanda 2016-2019-cu illər üçün neft hasilatı proqnozları açıqlanıb

Azərbaycanda 2016-2019-cu illər üçün neft hasilatı proqnozları açıqlanıb
# 24 sentyabr 2015 09:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda 2016-2019-cu illər üçün neft hasilatı proqnozu açıqlanıb.

APA-Economics”in məlumatına görə, bu Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində öz əksini tapıb.

Belə ki, 2016-cı ildə ölkədə neft hasilatı 40744,9 min ton olacaq ki, bu da 2015-ci illə müqayisədə 1,18% azdır.

2017-ci ildə proqnoza görə, Azərbaycanda neft hasilatı 39437,8 min ton olacaq. Başqa sözlə, 2016-cı illə müqayisədə 2017-ci ildə neft hasilatının 3,21% azalacağı gözlənilir.

Hesablamalara görə, növbəti iki ildə qara qızıl istehsalında artım qeydə alınacaq. Yəni, 2018-ci ildə 40102,8 min ton neft hasil edilməsi proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 1,68% çoxdur.

2018-ci illə müqayisədə 2019-cu ildə neft hasilatının 2,10% artaraq 40945,8 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR