Tağıyev qəsəbəsində iki maşının toqquşması nəticəsində altı nəfər ölüb - YENİLƏNİB

Tağıyev qəsəbəsində iki maşının toqquşması nəticəsində altı nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 31 avqust 2016 10:56 (UTC +04:00)

Bakı - APA. Daxili İşlər Nazirliyi avqustun 30-da Tağıyev qəsəbəsində baş verən ağır yol qəzası haqqında məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da saat 21 radələrində Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində Abşeron rayon sakini Elyar Bayramovun idarə etdiyi “Volkswagen” və Tovuz rayon sakini Elnur Məmmədovun idarə etdiyi “VAZ-21102” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və avtomobildə olan 4 sərnişin hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

30 avqust saat 23.37

Bakı-APA. Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Məmmədov Elnur İsfəndiyar oğlunun və şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR