Ağdamda çayxananı yandıran şəxs tutulub

Ağdamda çayxananı yandıran şəxs tutulub
# 17 aprel 2013 11:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda çayxananı yandıran şəxs müəyyən edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari il mart ayının 30-da Ağdam rayonunun Xındırıstan kəndində kənd sakini Fazil Ağayevə məxsus çayxanada yanğın baş verib. Nəticədə bütövlükdə çayxananın yanar konstruksiyaları yanıb.

Aparılan araşdırmalar nəticəsində hadisənin Sarıçoban kənd sakini Məhərrəm Ətapur tərəfindən törədilməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR