Azərbaycanda polis əməkdaşı ailəsi ilə birlikdə yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

Azərbaycanda polis əməkdaşı ailəsi ilə birlikdə yol qəzasına düşüb, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 29 iyul 2014 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəki rayonunda polis əməkdaşının törətdiyi yol qəzasının görüntüləri yayılıb. APA-nın əldə etdiyi həmin görüntülərdən məlum olur ki, polis əməkdaşı Samir Əmrahovun qəza törətdiyi avtomobil onun xidməti maşını olub.

Qəzadan dərhal sonra çəkilən həmin fotolarda S. Əmrahovun huşsuz vəziyyətdə yerdə uzandığı əks olunub.

Qeyd edək ki, S. Əmrahov Goranboyun polis rəisinin köməkçisi olub.

***

28 İyul 2014 19:17

Bakı. Hafiz Heydərov – APA. Şəkidə ağır yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəki-Zaqatala yolunun 31-ci kilometrliyində, Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Samir Əmrahovun idarə etdiyi “Nissan” markalı, 90 AP 809 dövlət nömrə nişanlı avtomobil idərəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücünün qızı, 2006-cı təvəllüdlü Suada Əmrahova aldığı xəsarətdən hadisə yerində keçinib. Sürücü və avtomobildə olan digər şəxslər - sürücünün həyat yoldaşı Asudə Əmrahova, digər qızı Zümrüd Əmrahova isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən avtomobilin sürücüsü S. Əmrahov Goranboy Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR