Bakıda Turizm filmləri festivalının keçirilməsi nəzərdə tutulur

Bakıda Turizm filmləri festivalının keçirilməsi nəzərdə tutulur
# 14 fevral 2013 12:40 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Fevralın sonlarında Beynəlxalq Turizm Filmləri Komitəsinin rəhbəri Aleksandr Kemmbel Bakının qonağı olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən məlumat verilib. Bildirilib ki, komitə rəhbərinin Azərbaycana səfərinin məqsədi Bakıda keçirilməsi nəzərdə tutulan Turizm Filmləri Festivalı ilə bağlıdır. Səfər çərçivəsində A.Kemmbellə festivalın gerçəkləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR