ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyaları müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunur - FOTO

ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyaları müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunur - <span style="color: red;">FOTO
# 24 iyul 2014 08:58 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb.

APA-Economics”in xəbərinə görə, bu istiqamətdə ilk tədbir kimi ƏƏSMN-nin (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-i əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilib və istifadəyə verilib.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb.

Hazırda ƏƏSMN-nin bütün bölgələr üzrə TSEK-lərinin fəaliyyət göstərdiyini qeyd edən S.Müslümov bu komissiyaların köhnəlmiş iş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlandığını diqqətə çatdırıb.

Nazir tezliklə istifadəyə veriləcək yeni sistemin əlilliyi olan şəxslər, onların xəstəlikləri barədə dolğun məlumat bazasını formalaşdıracağını, bu sahəyə birbaşa və çevik nəzarət imkanları yaradacağını bildirib: “Hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq. Bu prosesə başlanması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının aradan qalxmasına səbəb olacaq. Hazırda ölkə üzrə TSEK-lərin müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza və reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır”.

S.Müslümov qeyd edib ki, oktyabr ayınının 1-dən 38 TSEK tam yeni, avtomatlaşdırılmış rejimdə əhaliyə xidmət göstərəcək.

Nazir əlavə edib ki, əlilliyi olan insanlardan tibbi təhsili olanlar bu TSEK-lərdə çalışa biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR