Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə noyabrın 8-i saat 11:00 radələrində Quba–Qəçrəş yolunda qeydə alınıb.
“QAZ-5204” və “Haval” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.