Bank Of Baku

Bakı sakini keçmiş arvadının həyat yoldaşını və qayınatasını bıçaqlayıb

Bakı sakini keçmiş arvadının həyat yoldaşını və qayınatasını bıçaqlayıb
# 16 aprel 2019 04:26 (UTC +04:00)

Bakının Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.

ONA-nın verdiyi xəbərə görə, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.

1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş arvadının yenicə ailə qurduğu şəxslə, 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edib və onu bıçaqlayıb.

Bundan sonra M. Nemətov keçmiş qayınatası, 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaq zərbələri vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Araşdırma aparılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR