Paşha Bank
Bank Of Baku

Siyəzəndə məktəbli motosiklet qəzasında ölüb

Siyəzəndə məktəbli motosiklet qəzasında ölüb
# 29 oktyabr 2026 16:51 (UTC +04:00)

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib.

Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan məktəbli hadisə yerində ölüb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə dərs saatlarında baş verməyib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR