Bank Of Baku

Sumqayıtda yeniyetmə bıçaqlanıb

Sumqayıtda yeniyetmə bıçaqlanıb
# 08 oktyabr 2026 12:00 (UTC +04:00)

Sumqayıtda yeniyetmə bıçaqlanıb.

APA xəbər verir ki, hadisə dünən şəhərdəki parklardan birində baş verib.

15 yaşlı oğlanın həmyaşıdı tərəfinfən bıçaqlandığı bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 20:30 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, bazu sümüyünün və döş qəfəsinin arxa divarının açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR