“Çağ Öyrətim İşlətmələri” şirkətinin rəhbərliyi Bakı Ali Neft Məktəbində olub - FOTO

“Çağ Öyrətim İşlətmələri” şirkətinin rəhbərliyi Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 18 fevral 2013 11:47 (UTC +04:00)

Bakı - APA. “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və “Çağ Öyrətim İşlətmələri” şirkətinin bir qrup yüksək vəzifəli əməkdaşı Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

Məktəbdən APA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, dinamik sürətlə inkişaf edən Azərbaycan üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir. Onun sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və beynəlxalq standartlara cavab verən dörd yeni ali təhsil müəssisəsinin yaradılması bu sahədə inkişafın bariz göstəricilərindəndir. Daha sonra E.Qasımov “Çağ Öyrətim İşlətmələri” şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu təhsil layihələrindən söhbət açıb.

Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən bildirib ki, təhsil ölkənin inkişafı deməkdir: “20 il öncə Azərbaycana gəldiyimizdə Azərbaycan üçün hər tərəfli ağır dövr idi, lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev təhsil sahəsinin nə qədər önəmli olduğunu nəzərə alaraq bizim səmərəli fəaliyyətimiz üçün yüksək şərait yaratdı. Bu gün bu dəstəyi və yüksək diqqəti prezident İlham Əliyev davam etdirir”.

Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç isə deyib ki, Qafqaz Universiteti BANM ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır: “Bu iki universitet ümumi maraqlar baxımından bir-birinin təcrübəsindən yararlanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR