Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 80-ə yaxın müharibə əlilini avtomobillə təmin edib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 80-ə yaxın müharibə əlilini avtomobillə təmin edib - <span style="color: red;">FOTO
# 24 dekabr 2014 09:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) artıq 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başlayıb. Bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansa da, obyektiv səbəblərdən gəlib avtomobili qəbul edə bilməmiş 10 nəfərə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim edilib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu insanların və ümumən sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təkcə son bir ildə dövlət başçısı tərəfindən ümumilikdə 10-dan çox fərman və sərəncam imzalanıb. Həmin sənədlərə əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün, habelə müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb.

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı da diqqət mərkəzindədir və bu ilin ötən dövründə ölkəmizin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verilib.

Dövlət başçısının başqa bir sərəncamına əsasən, 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mənzil və ya fərdi evlə təmin ediləcək. Artıq bu istiqamətdə aparılan işlər çərçivəsində ilkin mərhələ kimi 52 rayonda 353 ədəd fərdi ev inşa olunur. Həmçinin yaxın günlərdə ölkənin 5 şəhərində çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq qeyd olunan təbəqələrdən olanlara verilməsinə başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR