Xaçmazda dənizkənarı ərazidə yanğın olub

Xaçmazda dənizkənarı ərazidə yanğın olub
# 28 avqust 2014 06:55 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qarğalıq kəndi ərazisində dənizkənarı quru ot, kol-kos və ağaclar yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın 80 hektar ərazini əhatə edib. Alovun söndürülməsi üçün Xaçmaz və Quba Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR