Bank Of Baku

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub

Qüdrət Qarayev

© APA | Qüdrət Qarayev

# 27 oktyabr 2026 11:32 (UTC +04:00)

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.

APA-nın əldə etdiyi xəbərə görə, "Ucar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Farmokonəzarət sektoru və aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR