İranda tanınmış azərbaycanlı fəal həbs cəzasına məhkum edilib

İranda tanınmış azərbaycanlı fəal həbs cəzasına məhkum edilib
# 28 yanvar 2013 08:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal Hamid Məlikabadi barədə məhkəmə hökm çıxarıb.

APA-nın məlumatına görə, hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirləndirilən H.Məlikabadinin işinə Sarab İnqilab Məhkəməsində baxılıb. Azərbaycanlı fəal 6 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, H.Məlikabadi 2012-ci il avqust ayında Sarab şəhərində həbs edilib. Bir neçə gün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Sərab şöbəsində saxlanıldıqdan sonra 40 min dollarlıq mülk girovu qarşılığında məhkəməyədək müvəqqəti azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR