Xaçmaz rayonunun Yalama kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, ötən gecə “Mitsubishi” markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində 26 yaşlı Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məlumata görə, o, Vətən müharibəsi iştirakçısı olub.
Qəzada 3 nəfərin xəsarət aldığı bildirilir.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan üç nəfər kişi noyabrın 16-da saat 05:30 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. 1992-ci il təvəllüdlü şəxs yazılı iltizam əsasında stasionar müalicədən imtina edib. Digər iki nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".