Tiflisdə “Gürcüstanın enerji siyasəti və strateji planlaşdırma” mövzusunda konfrans keçirilib - FOTO

Tiflisdə “Gürcüstanın enerji siyasəti və strateji planlaşdırma” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 06 mart 2012 11:35 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə “Gürcüstanın enerji siyasəti və strateji planlaşdırma” adlı konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan Energetika və Təbii Resurslar Nazirliyinin, hökumət və QHT-lərin nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edib.

Konfrans ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə keçirilib. Tədbirdə USAİD təşkilatının Tiflis ofisinin rəhbəri Stefen Xaykin və Gürcüstan energetika və təbii resurslar nazirinin müavini Mariam Valişvili, ekspertlər və energetika sahəsinin mütəxəssisləri çıxış ediblər.

Tədbirdə iki il əvvəl Gürcüstanın “Enerji siyasəti və strateji planlaşdırma” layihəsi qəbul etdiyi barədə məlumat verilib və layihənin nəticələri müzakirələr olunub. Çıxışlarda Gürcüstanın 10-20 ildən sonra enerji sahəsində həyata keçirdiyi tədbirlər, strateji planlaşdırma barədə fikirlər səsləndirilib.

Konfransda mövzu ilə bağlı açıq diskussiya aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR