MTRŞ sədri: “Telekanallarda ədəbi dil qaydalarının pozulmasına görə güzəşt limiti artıq bitib”

MTRŞ sədri: “Telekanallarda ədəbi dil qaydalarının pozulmasına görə güzəşt limiti artıq bitib”
# 18 oktyabr 2012 13:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycan teleradio məkanında ədəbi dilin qoruması ilə bağlı keçirilən tədbirdə çıxış edən şura sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli, telekanallarda ədəbi dil qaydalar pozulması ilə bağlı səhvlərin həddən artıq çox olduğunu vurğulayıb: “Əsas səhvlər aparıcıların Azərbaycan dilini mükəmməl bilməmələri nəticəsində ortaya çıxır. Aparıcılar Azərbaycan dilini çox zəif bilirlər. Xalq arasında necə danışırlarsa, efirdə də elə danışırlar. Elə bilirlər ki, bununla verilişə canlılıq gətirirlər. Ümumiyyətlə, hazırda telekanallarda Azərbaycan ədəbi dilinin qorunmasında böyük problemlər var”.

Şura sədri onu da deyib ki, əgər telekanallara qonaq kimi dəvət edilən şəxslər Azərbaycan dilini bilmirlərsə, onların danışığı ya canlı tərcümə olunmalı, ya da titrdə tərcüməsi göstərilməlidir: “Çalışmaq lazımdır ki, Azərbaycanda yaşayan hər bir şəxs Azərbaycan dilində danışsın. Bu sahədə ziyalılar xüsusilə məsuliyyət daşıyırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR