Azərbaycanda bank əmanətlərində manatın xüsusi çəkisi artıb

Azərbaycanda bank əmanətlərində manatın xüsusi çəkisi artıb
# 14 fevral 2012 13:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında 2012-ci il yanvarın 1-nə yerləşdirilmiş əmanətlərin 4,120 mlrd. manatlıq həcminin 2,282 mlrd. manatı və ya 55,4%-i manat əmanətlərin payına düşür.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, manat əmanətlərinin həcmi son bir ildə 61,8% artıb ki, bu da ümumi əmanətlərin artım tempindən 25,8 faiz bəndi çoxdur. Nəticədə 2011-ci ilin yanvarın 1-nə nisbətən manat əmanətlərin xüsusi çəkisi 8,9 faiz bəndi artıb.

Qeyd edək ki, 2010-cu ilin əvvəlinə manat əmanətlərin xüsusi çəkisi 41,4%-ə, 2011-ci ilin əvvəlinə 46,5%-ə bərabər olub. Beləliklə, əmanətlərin strukturunda manatın payı tədricən artır və artıq yarıdan çoxdur. Bunun əsas səbəbi əhali arasında yığım valyuta kimi manata olan etibarın artmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR