İrana hücum olacağı təqdirdə Pakistan ABŞ-a kömək etməyəcək

İrana hücum olacağı təqdirdə Pakistan ABŞ-a kömək etməyəcək
# 17 fevral 2012 17:58 (UTC +04:00)
Baku-APA. Pakistan İrana hücum edəcəyi təqdirdə ABŞ-na heç bir yardım göstərməyəcək. Pakistan prezidenti Əli Asif Zərdari Əfqanıstan və İran prezidentləri ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib.

«Pakistan və İran bir-birilərinə lazım olduqları üçün xaricdən edilən diqtə altında hərəkət etməyəcəklər», deyə Zərdari bəyan edib.

İran-Pakistan qaz layihəsindən danışan Zərdari İslamabadın ABŞ-ın kiminlə ticarət əlaqəsi qurub-qurmamaq məsələsində ona göstəriş verməyinə dözməyəcəyini bildirib.

Öz növbəsində İran prezidenti Mahmud Əhmədinecat bir sıra ölkələrin bölgənin işlərinə müdaxilə etdiklərini və burada öz hegemonluğunu təsdiq etmək istədiklərini vurğulayıb. Əhmədinecatın sözlərinə görə, üç ölkə arasında heç bir qlobal problem yoxdur və bölgədəki bütün problemləri xarici qüvvələr yaradırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR