AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9472, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9472, AMFBI indeksi 1,0001 təşkil edib
# 17 may 2012 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq may ayının 17-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0528 bənd və ya 5,3% azalaraq 0,9472 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin azalması bazar kapitallaşmasının azalması nəticəsində baş verib. Belə ki, mayın 16-da 20 mln. manatlıq not buraxılışı dövriyyədən çıxarılıb, 15 mln. manatlıq bir buraxılışı yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR