Azərbaycanda magistratura pilləsinin birinci mərhələsinə keçirilən qəbul imtahanından 13 nəfər qovulub

Azərbaycanda magistratura pilləsinin birinci mərhələsinə keçirilən qəbul imtahanından 13 nəfər qovulub
# 05 mart 2012 11:40 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib.
Onun sözlərinə görə, həmin şəxslər imtahan qaydalarını pozduqlarına və köçürdüklərinə görə onlara qarşı belə addım atılıb. İmtahanda iştirak üçün sənəd verən 457 bakalavr isə imtahana gəlməyib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsinə qəbul imtahanı respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib. İmtahanın nəticələrinin sabah açıqlanacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR